Bu sahələrdə işləyənlər ƏDVnin 50%dən və 5 il torpaq vergisindən azad olacaqlar

20.11.2024

Icma.az, Bakupost saytına istinadən bildirir.

Azərbaycanda teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı ödənilən ƏDV-nin 50%-i geri qaytarıla bilər.

Bakupost.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Bundan başqa, dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə gələn il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisindən azad edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью