Bu sanksiyalar Macarıstana zərər vurur Peter Siyarto

19.02.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Macarıstan yeni ABŞ administrasiyasının Rusiyaya qarşı sanksiyaların bir qismini ləğv edəcəyinə ümid edir.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Məlumata görə, Siyarto Budapeşt və Moskva arasında energetika sahəsində əməkdaşlığa təsir göstərən sanksiyaların aradan qaldırılması üçün Vaşinqtonda danışıqlar aparır.

O, ABŞ maliyyə naziri Skott Bessentlə görüşəcək ilk xarici nazir olacağını qeyd edərək bu görüşdən razı ayrılacağına ümidvar olduğunu dilə gətirib.

“Mən həqiqətən inanıram ki, biz nazirlə Macarıstana zərər vuran sanksiyalar barədə irəliləyiş əldə edə biləcəyik”, – Siyarto deyib.

Aysel Əliyeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью