BU SAZİŞ BİZƏ ZƏMANƏT VERƏCƏK Zelenskidən ABŞ prezidenti ilə imzalayacağı saziş haqda mühü…
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Ukraynanın nadir torpaq elementləri üzrə ABŞ-la tərəfdaşlıq sazişi layihəsi artıq hazırdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, imzalanacaq saziş təkcə Ukraynanın mədən torpaqlarının istismarı ilə bitməyəcək, bu, eyni zamanda, ölkəsinin təhlükəsizliyinə zəmanət verəcək: "ABŞ-la nadir torpaq elementlərinə investisiyaları nəzərdə tutan ilk investisiya müqaviləsi layihəsi hazırlanıb.
Layihədə Ukraynanın ABŞ-a borclu olduğunu ifadə edən bənd yoxdur. Bu, bizim üçün çox vacibdir.
Razılaşmaya 500 milyardlıq, 350 milyardlıq və ya 100 milyardlıq borc-falan daxil deyil. Çünki bu, bizə qarşı ədalətsizlik olardı.
Ortada borc söhbəti yoxdur, ola da bilməz. Bu, müqavilə Ukraynanın təhlükəsizliyinə zəmanət də verəcək.
Hesab edirəm, ABŞ-la növbəti razılaşma investisiya fondu ilə bağlı olacaq. Bu, bir növ ortaqlıq və pulla bağlı olacaq.
Tam oxu
Xəbəri oxu