Bu saziş regionda yeni gərginliyə səbəb olacaq Politoloq | Icma.az
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi müzakirə obyektinə çevrilib. Bu addımın mümkün nəticələri gündəmdədir.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, sözügedən saziş regionda ciddi müzakirə olunur: “Biz artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mətbuat konfransında buna reaksiya verdiyini də gördük.Qeyd etmək lazımdır ki, bundan öncə ABŞ və Ermənistan arasında tərəfdaşlıq yönündə dialoq sazişi imzalanmışdı.
İndi bunu strateji tərəfdaşlıq sazişi səviyyəsinə qaldırırlar. Əlbəttə bu, hər bir ölkənin suveren seçimidir.
Lakin məsələ bundan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda maraqların savaşının şahidiyik.
Belə olan halda, Ermənistan vasitəsilə Avropa İttifaqı, ABŞ regiona müdaxilə etmək cəhdlərini ifadə edirlər.
Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiya ilə müttəfiqlik münasibətlərinə malikdir.
İrəvanın İran və Türkiyə ilə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Ermənistanda Rusiyanın "102-ci hərbi baza"sı mövcuddur.
Tam oxu
Xəbəri oxu