Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq. "Dövlət başçısı İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş d
Bu, Ermənistanı himayə edən kənar qüvvələrə tutarlı cavabdır.
Bəzən məsələyə belə yanaşırlar ki, Azərbaycan onsuz da hərbi cəhətdən Ermənistandan kifayət qədər güclüdür.
Nəzərə alsınlar ki, biz heç vaxt Ermənistana hücum etməmişik, ermənilər bizim ərazimizə təcavüz ediblər.
Dövlət başçısı da bildirdi ki, Azərbaycana 150 milyard dollar dəyərində maddi-mənəvi ziyan vurublar.
İşğalçılıq dövründə insanlarımızı qətlə yetiriblər. Müharibə zamanı hərbi cinayətlər törədiblər, Gəncəni, Bərdəni, Tərtəri bombalayıblar.
Bütün bunları kənar dövlətlərdən aldıqları silahlarla ediblər.
Ona görə də Azərbaycanın Ermənistanın silahlanması ilə bağlı narahatlığını ifadə etməsi aydın və başadüşüləndir.