Bu sazişə dair sənəd ratifikasiya edildi

24.11.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi ratifikasiya edib.

“Qafqazinfo” xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Məsələ müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью