Bu səbəbdən 3 ildir filmlərə çəkilmir

08.07.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur Hollivud aktyoru Maykl Duqlas "Karlovy Varı" kinofestivalında 2022-ci ildən bəri heç bir filmdə rol almadığını bildirib.

Axşam.az xəbər verir ki, o, fasilə verməsinin səbəbləri arasında boğaz xərçəngi və uzun illər davam edən yorucu iş qrafikini göstərib.

"Xərçəngin 4-cü dərəcəsindən əziyyət çəkən Duqlas, kimyaterapiya və şüa müalicəsi aldığını, lakin əməliyyat olunmadığını qeyd edib:

“Əgər əməliyyat olunsaydım, danışa bilməzdim və karyeram bitərdi".

80 yaşlı Duqlas bildirib ki, şəxsi qərarı ilə çəkilişlərdən uzaqlaşıb:

“Demək olar 60 ildən çox çalışdım və çəkiliş meydançasında yerə yıxılıb ölən aktyorlardan olmaq istəmirəm. Əgər xüsusi bir layihə olarsa, qayıdarım, amma başqa cür yox".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью