Bu səbəbdən də onların verdikləri diplomlar etibarsız sayılır Təhsil eksperti

29.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması işini Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir. Agentlik il ərzində ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim edir ki, hansı xarici ölkələrin və ali təhsil müəssisələrinin diplomları Azərbaycanda tanınmır, həmçinin diplomların tanınması üçün tələb olunan sənədlər və şərtlər barədə kifayət qədər məlumat paylaşılır.  Xaricə çıxmazdan əvvəl bu məlumatlara ətraflı şəkildə və diqqətlə nəzər yetirmək vacibdir. Buna baxmayaraq, bəzən xaricdə təhsil alıb ölkəyə qayıdan şəxslər diplomlarının tanınması üçün müraciət edirlər, lakin onların müraciətinə imtina cavabı verilir".

Təhsil eksperti Vüsət Əzizov bunu 525.az-a deyib. Ekspert vurğulayıb ki, imtina səbəblərinin əsas hissəsini təşkil edən məqam odur ki, bəzi xarici ölkələrin və ya ali təhsil müəssisələrinin sənədləri yetərli olmur, yaxud həmin ölkənin təhsil müəssisəsi ümumiyyətlə rəsmi tanınmır, buna rəğmən tələbə oradan diplom almış olur. Belə hallarda həmin diplomlar Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmır:

"Bəzi xarici təhsil müəssisələri təhsil verdikləri ölkənin müvafiq nazirliyi tərəfindən tanınmır, bu səbəbdən də onların verdiyi diplomlar etibarsız sayılır".

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью