Bu səbəbdən kompensasiya ödəniləcək Xəbər saytı Son xəbərlər və Hadisələr

02.12.2024

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsmayıllı rayonunun Basqal kəndi ərazisində yol tikintisi zamanı torpaq sürüşməsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli tikiliyə ciddi ziyan dəyib.

Kənd sakini Mais Əhmədovaya aid tikili 2 yerə bölünüb. Obyekt fəaliyyət göstərmədiyindən, xoşbəxtlikdən heç kəs xəsarət almayıb.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfov bildirib ki, artıq obyekt sahibi ilə razılıq əldə olunub.

O, qeyd edib ki, söküntü üçün nəzərdə tutulan obyektə kompensasiya ödənilməsi üçün aidiyyəti üzrə müraciət olunub. Yaxın müddət ərzində obyekt sahibinə kompensasiya ödənilməsi təmin olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью