Bu seçicilər bələdiyyə seçkilərində səs verə bilməyəcəklər MSK sədri

02.12.2024

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu dəfə də yeddi seçki dairəsinin seçiciləri bələdiyyə seçkilərində səs verə bilməyəcəklər.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O bildirib ki, həmin seçki dairələrinin seçiciləri tamamilə məcburi köçkünlərdən ibarətdir:

"Onlar öz doğma torpaqlarında tamamilə məskunlaşdıqdan sonra orada bələdiyyə seçkiləri keçiriləcək. Bu, böyük hadisə olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью