Bu səfər münaqişələri bitirə bilər Partiya sədri

07.05.2025

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir neçə dəfə publik çıxışlarımda demişdim – əgər bu səfər baş tutsa, Ərdoğanın dəvətilə Tramp Türkiyəyə səfər etsə, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında sənədlər imzalana bilər.

Tribunainfo.az xəbər verir ki, bu barədə fikir bildirən Real Partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, bu Tramp üçün əla şansdır:

“Tramp dünyada iki köklü münaqişənin bitməsində iştirakçı olaraq tarixə düşə, imzalanmada iştirak edən hər kəs Nobel sülh mükafatına namizəd ola bilər”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ başqanı Trampı Türkiyəyə dəvət edib.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью