“Bu, şəffaflığı ciddi şəkildə artıracaq”

02.07.2026

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Hesab edirəm ki, səfərbərliklə bağlı çağırışların dövlət informasiya sistemi üzərindən aparılması şəffaflığı ciddi şəkildə artıracaq. Birinci əsas səbəblərdən biri ondan ibarətdir ki, burada insan amili olmayacaq və əgər insan amili olmayacaqsa, bu, o deməkdir ki, rüşvət və korrupsiya halları yaşanmayacaq”.

Bunu xalqxebhesi.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib.

S.Məmməd əlavə edib ki, vətəndaşların çağırışa cəlb edilmə məsələsində insan amili olmadığına görə burada artıq məsələlərə subyektiv yox, obyektiv yanaşma olacaq: “Düşünürəm ki, bu sistemin qurulması, inkişaf etdirilməsi Azərbaycanda bir çox məsələlərə ciddi şəkildə təsir göstərəcək. Əsas məsələlərdən biri ondan ibarətdir ki, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kimi qurumlarla dövlətin, səfərbərlik xidmətinin özünün arasındakı əlaqələr də şəffaf olacaq. Məsələn, indiki dövrdə insanlar bir quruma müraciət etdikdə bəzi qurumlar insanları digər qurumun üzərinə göndərir, o qurum da başqasının üzərinə göndərir. Amma bütün bu prosedurlar vahid bir sistemdə yerləşsə, hesab edirəm ki, süründürməçilik məsələsi də aradan qalxmış olacaq”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью