Bu şəhər sürətlə yerin altına batır Milyonlarla əhalisi var

01.09.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, geridönüşü olmayan geoloji çökmə nəhəng şəhəri hər gün daha da dərinləşən böyük bir fəlakətə sürükləyir.

Məlumata görə, Mexikonun küçələrində iri çatlar əmələ gəlib, binalar, metro xətləri, yollar və bütün şəhər infrastrukturu dağılma riski ilə üz-üzə qalıb.

Meksika Milli Muxtar Universiteti və NASA tərəfindən aparılan genişmiqyaslı tədqiqatlar fəlakətin əsas səbəbini ortaya qoyub. Mexiko qurumuş gölün yatağında salınıb. İndi isə yeraltı qrund suları sürətlə çəkilir. Bu da şəhərin çökməsinə səbəb olur.

Alimlərin fikrincə, Meksika paytaxtının altındakı torpağın aşağı qatlarındakı su təbəqəsi tamamilə boşalıb. Su tərkibini itirən çöküntü təbəqələri təzyiq altında sıxılıb və torpaq daimi olaraq çökməyə başlayıb.

Üstəlik, bu çökmə prosesi şəhərin hər yerində eyni sürətlə baş vermir. Yeraltı su itkisinin intensivliyindən asılı olaraq, bəzi məhəllələrdə illik çökmə bir neçə santimetrlə məhdudlaşır, böhranın episentri hesab edilən ərazilərdə isə bu sürət ildə 42 santimetri keçir.

Prosesin mümkün inkişaf ssenariləri daha böyük narahatlıq doğurur. NISAR peykindən alınan son radar məlumatları, ərazinin çökməsinin ayda 2 santimetrdən çox sürətlə və fasiləsiz davam etdiyini göstərir. Alimlər məsamə quruluşunu itirən torpaqdakı bu sıxılmanın fiziki olaraq dönməz xarakter aldığını deyirlər.

Ən böyük təhlükə sıxılmış torpaq təbəqələrinin su saxlama qabiliyyətini tamamilə itirməsidir. Bu, Mexiko şəhərinin gələcəkdə daha ciddi su böhranı ilə üzləşəcəyini göstərir.

Qeyd edək ki, Mexikoda təxminən 22 milyon nəfər yaşayır. Şəhər böyüklüyünə görə dünyanın ilk 10 ən nəhəng meqalopolisi (şəhəri) sırasına daxildir. Mexiko şəhər mərkəzində isə təqribən 9 milyon insan yaşayır.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью