Bu şəhər və rayonda yanğın oldu

05.04.2025

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə şəhərində dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 65 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yüksək temperaturdan bir otağın içərisində olan 1 ədəd televizor, plastikdən ibarət qapı və pəncərə qismən qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tovuz rayonunun Dönük Qırıqlı kəndində ferma ərazisində ümumi sahəsi 40 m² olan 2 otaqlı tikilinin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью