Bu şəhər yenidən Stalinqrad adlandırıla bilər

30.04.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin şəhər sakinlərinin əksəriyyətinin qərar verəcəyi təqdirdə Volqoqradın adının Stalinqrad adlandırılacağını istisna etməyib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu barədə sakinlər qərar verəcək, gəlin fikirləşək, sakinlərdən soruşmaq lazımdır”, - deyə Putin bildirib.

Bir gün əvvəl Putin Volqoqrad hava limanının adının dəyişdirilərək “Stalinqrad” olması təşəbbüsünü dəstəkləmişdi.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью