“Bu şəhərdə” kollektivi Xankəndidə konsert proqramı ilə çıxış edib

29.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Noyabrın 29-da Xankəndi şəhərində “Bu şəhərdə”nin 26 yaşı münasibətilə konsert proqramı keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovun təqdim etdiyi proqram şəhərin Mədəniyyət Mərkəzində baş tutub.

Şəhər sakinlərinin böyük marağına səbəb olan konsert proqramında maraqlı səhnəciklər, performanslar və yumoristik çıxışlar tamaşaçılarda xoş ovqat yaradıb, böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Bu şəhərdə”nin Xankəndidə səhnəyə çıxması, şəhərin yalnız tarixi və siyasi hadisələrlə deyil, həm də mədəniyyət, incəsənət və sosial həyatla tanınmasına töhfə verir. Bu gün Xankəndidə gülüşün səsi eşidilir. Bu, doğma yurdda həyatın bərpasının, sevincin, ümidin və qayıdışın səsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью