Bu şəhərdə meyitləri oğurlayırlar

25.03.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Novosibirskdə ölən şəxslərin cəsədlərinin “oğurlanması” halları artıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, meyitlərin daşınması üzrə bələdiyyə xidmətinin nümayəndəsi Dmitri Zverev bildirib ki, “qara dəfn təşkilatçıları” mərhumun və onların qohumlarının şəxsi məlumatlarına çıxış əldə ediblər. 

“Hər bir zəng dispetçer xidməti tərəfindən qeydə alınır. Eyni zamanda, evakuasiya xidməti gələnə qədər dəfn agentlərinin mərhumun olduğu ünvana gəlməsi hallarına rast gəlirik”, - o, izah edib.

Şəhər rəhbərliyi xatırladıb ki, meyitin meyitxanaya aparılmasına görə yalnız fırıldaqçılar pul tələb edirlər. Bu cür xidmətlərlə üzləşəndə, hüquq-mühafizə orqanlarına müraciət etməlisiniz.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью