Bu şəhərdə spirtli içkidən ölənlərin sayı artdı

05.12.2024

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

- +

İstanbulda Yeni il öncəsi buraxılan saxta spirtli içkilərdən ölənlərin sayı 22-yə yüksəlib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, 24 nəfər xəstəxanalarda müalicə olunarkən, əməliyyatlar zamanı bazara saxta spirtli içki çıxarmağa cəhd edən 10 şübhəli tutularaq həbsxanaya göndərilib.

Türkiyədə yeni il öncəsi saxta spirtli içki kabusu böyüyərkən xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyənlərin sayı 22-yə yüksəlib.

Xəstəxanalara şübhə ilə müraciət edən 24 nəfərin müalicəsi davam etdirilərkən, 7 nəfər evə buraxılıb. Ölənlərlə bağlı başladılan istintaq davam edir.

Ceyran

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью