Bu şəhərdə suyun verilişi DAYANDIRILDI

09.01.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan şəhərinin əksər ərazilərinə suyun verilişi dayandırılıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, şəhərin Cəlil Məmmədquluzadə küçəsindən keçən diametri 355 millimetr olan əsas magistral xətdə qəza baş verib.

Qəzaya səbəb kimi boru xəttinin uzun müddət istismar edilməsi ehtimal olunur.

Hazırda Naxçıvan Sukanalizasiya İdarəsinin əməkdaşları hadisə yerində təmir işləri aparırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью