“Bu şəhərdə”nin konsertindən öncə saçyoldu Video

23.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Sarayında “Bu şəhərdə”nin “Plastik əməliyyat” adlı konsert proqramı baş tutub.

Kult.az xəbər verir ki, konsert başlamazdan öncə izləyicilərdən bir xanım həyat yoldaşının başqa bir xanımla tamaşaya gəldiyini və şəkil çəkdiyini gördüyü üçün dava salıb. Hətta dava “saçyoldu”ya qədər gedib çıxıb.

Bu barədə sosial şəbəkələrdə yayılan görüntülər tam deyil.

Əslində isə bu “saçyoldu” da “Bu şəhərdə” komandasının sürprizi olub. Tamaşadan öncə izləyicilərə "sürpriz tamaşa" təqdim edilib. "Dava edənlər" isə "Bu şəhərdə" komandasının aktyorlarıdır.

Tam videonu təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью