Redaktor.az saytına istinadən Icma.az xəbər verir. "Son dövrlərdə Azərbaycanda hansı istiqamətlərə daha çox maraq varsa, o istiqamətlərə də
Ölkəmizdə Lənkəran, Naxçıvan, Gəncə, Qəbələ, işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən beynəlxalq hava limanlarımız var.
Yaxşı olardı ki, regionlarımızın imkanlarından istifadə edərək orada yaşayan vətəndaşların birbaşa xarici ölkələrə getməsi təmin olunsun".
Bu sözləri turizm eksperti Əziz Şiriyev xarici ölkələrə birbaşa aviarelslərin açılması ilə bağlı Redaktor.az-a danışarkən deyib.
"Məsələn, bu gün Pakistanla münasibətimiz yaxşıdır, oradan xeyli sayda turist gəlirsə, həmin ölkəyə birbaşa reys açılır.
Hazırda Dubaya, İstanbula, bir sıra şəhərlərə AZAL-dan birbaşa reys var.
Birbaşa olmayan reyslər belə digər hava yolları vasitəsilə həyata keçirilir.
Məsələn, "Flydubai" var ki Dubaya uçur, Macarıstana "Wizz Air" ilə aşağı qiymətli biletlər satılır.