Bu şəhərlərdə yaşayanların nəzərinə

06.10.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi işğaldan azad edilmiş ərazilərdə və regionlarda yeni təhsil və sosial obyektlərin tikintisi ilə bağlı iri həcmli layihə-smeta sənədlərinin hazırlanmasına başlayıb.

“Yeni Sabah” xəbər verir ki, idarə tərəfindən ümumi dəyəri 2,5 milyon manatdan çox olan 3 böyük layihəsi yekunlaşdırılıb.

Layihələrə əsasən, Ağdam şəhərində 3, 4, 5 və 6 nömrəli, eləcə də Laçın və Cəbrayıl şəhərlərində 160 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi nəzərdə tutulur. Bu bağçaların layihə-smeta sənədlərinin hazırlanması üçün 683 min 967 manat ayrılıb. pizza mizza

Bundan başqa, Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik müasir yataqxana kompleksinin tikintisi planlaşdırılır. Sözügedən yataqxana kompleksinin layihələndirilməsi işlərinə 1 milyon 71 min 46 manat vəsait yönəldilib.

Regionlarda peşə təhsilinin inkişafı məqsədilə Göyçay və Kürdəmir Peşə Liseylərinin, həmçinin Balakən Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi də nəzərdə tutulur. Bu təhsil müəssisələrinin layihə-smeta sənədlərinin hazırlanması üçün isə 769 min 163 manat xərclənəcək.

Cəlalə Cəlalqızı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью