Bu səhmlər satışa çıxarılır Siyahı

04.02.2026

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycanda bir sıra səhmdar cəmiyyətlərinin səhmləri satışa çıxarılacaq.

Publika.az xəbər verir ki, hərrac martın 10-da saat 10:00-da baş tutacaq.

Təkrar pul hərracında satışa çıxarılacaq bir səhmin nominal qiyməti 2 manatdır.

Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin e-emlak.gov.az Elektron Xidmətlər Portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaq.

Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili Mərkəzində tanış ola bilərlər.

Sıra sayı Səhmdar cəmiyyətinin
adı və təsis tarixi Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat) İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat) sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
%-lə 1 Salyan broyler №376 26.12.2000 Salyan rayonu, Xələc kəndi 1120118,00 560059 2,00 168225 30,04 336450,00 168225,00 16822,50 2 Yevlax Yük Avtonəqliyyat №649 20.04.1998 Yevlax şəhəri, Pişəvəri küçəsi, 8 316887,20 158443 2,00 47543 30,01 95086,00 47543,00 4754,30 3 Yevlax Kəndnəqliyyat № 833 13.10.1997 Yevlax şəhəri, Nizami küçəsi, 37 225900,60 112950 2,00 33906 30,02 67812,00 33906,00 3390,60 4 Şıxlar Broyler №544 06.04.1998 Masallı rayonu, Şıxlar kəndi 279609,60 139804 2,00 42090 30,11 84180,00 42090,00 4209,00 5 Ucar İnşaat Xidmət №361 28.11.2007 Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 13 25676,00 12838 2,00 5784 45,05 11568,00 5784,00 578,40
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью