Bu səhv sikkəni xəzinəyə çevirdi

28.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bəzən cibimizdə adi pul kimi gəzdirdiyimiz bir qəpik gözlənilmədən böyük məbləğə satıla bilər. İngiltərədə belə bir 1 funtluq sikkə üzərindəki istehsal səhvinə görə dəyərindən 122 dəfə baha qiymətə alıcı tapıb.

“Yeni Sabah” xəbər verir ki, 2025-ci ildə İngiltərədə istehsal olunan və Kral III Çarlzın təsvirinin yer aldığı 1 funtluq sikkə hazırlanarkən səhvə yol verilib.

Normalda Kral Çarlzın başı sikkənin gümüş rəngli orta hissəsində yerləşməlidir. Lakin istehsal zamanı yaranan qəlib xətası nəticəsində orta hissə oval formada olub və kralın başı kənardakı qızılı rəngli hissəyə keçib. Bu da sikkənin üzərində başın sanki kəsilmiş kimi görünməsinə səbəb olub. Sezar pizza

Sikkə internetdəki hərrac platformalarından birində satışa çıxarılıb. Elanın başlanğıc qiyməti 5 funt olub.

Kolleksiyaçıların marağı nəticəsində qiymət sürətlə yüksəlib və avqust ayında sikkə 122,08 funt-sterlinqə satılıb. Beləliklə, adi 1 funtluq sikkə üzərindəki istehsal səhvinə görə öz dəyərindən 122 dəfə baha qiymətə alıcı tapıb. Bu, Kral Çarlzın təsviri olan sikkələrdə ilk belə hal deyil. Bu sikkələr 2024-cü ildən dövriyyəyə buraxıldıqdan sonra müxtəlif istehsal qüsurları olan nümunələr kolleksiyaçıların marağına səbəb olub.

Eyni səhvin olduğu 2025-ci il istehsalı başqa bir 1 funtluq sikkə də 2026-cı ilin əvvəlində 56,04 funt-sterlinqə satılıb.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью