Bu SƏHV uşaqların onurğasını zədələyir

09.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ağır çanta uşaqlarda əzələ ağrıları və spazmlara səbəb ola bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, həddindən artıq ağır məktəb çantalarının daşınması uşaqların onurğa və dayaq-hərəkət sisteminə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, ağır yük uşağın istər-istəməz önə əyilməsinə, onurğaya düşən yükün artmasına və nəticədə xroniki əzələ ağrıları və spazmların yaranmasına səbəb ola bilər.

“Çanta uşağın bədən çəkisinə və boyuna uyğun seçilməli, iki enli kəməri olmalı və hər iki çiyində daşınmalıdır. Çantanın uzunluğu isə beldən aşağı, çanaq nahiyəsinə qədər olmamalıdır”, - deyə İ.Şıxbabayev qeyd edib.

Travmatoloq-ortoped bildirib ki, çantanı yalnız bir çiyində daşımaq da düzgün deyil. Bu zaman bədənin bir tərəfində əzələ gərginliyi və ağrılar yarana bilər.

Onun sözlərinə görə, çanta onurğa nahiyəsinə tam oturmalı, ağır kitablar arxa hissəyə, daha yüngül dəftər və ləvazimatlar isə ön hissəyə yerləşdirilməlidir.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью