Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xatun Əliyeva jurnalistikadan müğənniliyə gəlməyindən danışıb.
“Yeni Sabah” xəbər verir ki, ifaçı jurnalist kimi fəaliyyət göstərəndə ailəsindən çox dəstək aldığını bildirib:
"Müğənni olanda isə çoxları kimi bizdə də narazılıqlar oldu. O vaxtı klipimdə bir geyimdən istifadə etmişdim. Atam buna görə məni 2 il danışdırmadı. Bir az tərs kişidir. Mənə elə gəlir ki, doğrudan da səhv etmişdim. Ondan sonra çalışdım ki, atamın istədiyi kimi olum. Düşünürəm ki, əvvəlcə ailən səndən razı olmalıdır”. pizza