“Bu şənbə İranla birbaşa danışıqlar baş tutacaq” Tramp

08.04.2025

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


“ABŞ İranla şənbə günü nüvə proqramı ilə bağlı birbaşa danışıqlar aparacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu keçirilən görüşdə deyib.
“Biz İranla birbaşa danışıqlar aparırıq və onlar başlayıblar. Şənbə günü baş tutacaq", - Tramp deyib.
Tramp bildirib ki, o, hərbi əməliyyatları təhdid etmək əvəzinə diplomatiyaya diqqət yetirir:
“Bizim çox böyük görüşümüz olacaq və nə baş verə biləcəyini görəcəyik. Ümid edirəm ki, bu danışıqlar uğurlu olacaq. Düşünürəm ki, onlar uğurlu olarsa, bu, İranın da maraqlarına uyğun olar”.
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью