“Bu sənəd dostluğumuzun rəsmiləşdirilməsidir” Özbək deputat

26.08.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanla Özbəkistan arasında çox səmimi, çox yaxın dostluq əlaqələri var. Dövlət başçılarımızın münasibətləri qardaşlıq səviyyəsindədir”.

Bunu Özbəkistan Ali Məclisinin deputatı, əməkdar jurnalist Xusan Ermatov “İslam svilzasiyası: yeni baxış, yeni kəşflər” mövzusunda keçirilən media forum çərçivəsində 525.az-a açıqlamasında deyib.

“Azərbaycan liderinin Özbəkistana səfəri yeni başa çatıb. Liderlər birlikdə Buxaraya da səfər etdilər. Əlbəttə ki, Buxara tariximizin əsas incilərindən biridir. Bu səfər zamanı ölkələrimiz arasında mühüm sənəd - Əbədi dostluq haqqında müqavilə imzalandı. Düşünürəm ki, bu müqavilə sadəcə olaraq, bizim dostluğumuzun rəsmiləşdirilməsidir. Yəni bizim aramızda möhkəm dostluq var və bundan sonra da bu dostluq davam edəcək”, - deputat deyib.

O əlavə edib ki, iki ölkənin ticarət dövriyyəsinin artırılması nəzərdə tutulur: “Bunun üçün artıq əsaslar var. İnvestisiya layihələri, ticarət layihələri və digər sahələrdə də layihələr mövcuddur. Mədəniyyət sahəsində də böyük imkanlar var. Biz Bakıya gedəndə hər dəfə ilk olaraq Nəvainin abidəsini ziyarət edirik. Nəvainin abidəsi bizim millətimizin, Azərbaycan xalqının Özbəkistana və özbək xalqına olan böyük hörmətinin mühüm simvoludur. Ona görə də əvvəlcə Nəvainin abidəsini ziyarət edirik, sonra Gəncəyə gedirik. Gəncə şəhərində Nizaminin məqbərəsini ziyarət edirik. Bütün bunlar yaxın gələcəkdə bizim dostluğumuz daha da möhkəmlənəcəyinə əminlik yaradır”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью