Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hazırda TRIPP-in nizamnaməsi və səhmdarlar sazişi üzərində işlər aparılır.
Redaktor.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Üstəlik, işlər yekunlaşmaq üzrədir və ümid edirəm ki, yaxın günlərdə bu barədə eşidəcəksiniz. Təbii ki, bütün müvafiq sənədlər ictimaiyyətə açıqlanacaq və müəyyən olunmuş prosedurlardan keçəcək", - deyə Ararat Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, işlər mütləq şəkildə aparılır.
Nazir həmçinin vurğulayıb: "Aydındır ki, əgər bu sənəd ratifikasiya olunmasa və tarixin zibil qutusuna düşərsə, o zaman gələcək müzakirələrin heç bir mənası qalmayacaq".