Bu sənədi almaq üçün cəmi 3 manat ödəyəcəksiniz

17.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Təkrar şəhadətnamə almaq üçün 3 manat dövlət rüsumu ödənilməlidir, arayışların verilməsi isə ödənişsizdir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təkrar şəhadətnamə və ya arayış almaq istəyən şəxslərə sənədlər müraciət etdikləri gün təqdim olunur. Sərfəli qiymətə məhsullar

Bunun üçün vətəndaşlar qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya Naxçıvan Muxtar Respublikası Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət edə bilərlər.

Elektron sorğu əsasında müraciət edildikdə isə təkrar şəhadətnamələr sorğunun daxil olduğu gün verilir.

Qeyd edək ki, təkrar şəhadətnamələrin verilməsinə görə 3 manat dövlət rüsumu tutulur. Arayışların verilməsi üçün isə dövlət rüsumu nəzərdə tutulmayıb.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью