Bu sənədlərin qəbulu dayandırılır VİDEO

19.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu müvəqqəti dayandırılır.

Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xəzər TV-yə məlumat verilib. Bildirilib ki, buna səbəb gələn tədris ili üçün bu müəssisələrə uşaqların elektron qeydiyyatına hazırlığın olmasıdır.

Bununla da uşaqların öz yaşlarına uyğun qruplarda təlimə cəlb edilməsi təmin edilir.

Qeyd edək ki, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью