Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Əvvəl sual verəndə deyirdim ki, sırtılmaqdan qorxuram. Günəşləndiyim yerdə rəyləri oxuyurdum, oturub ağlayırdım ki, niyə belə yazırsınız? Axı siz məni tanımırsınız? Təsəvvür edirsiniz, 40 dərəcə istidə oturub ağladığım olub".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Tarixin bir günü" verilişində deyib. Aktrisa sənətə gəldikdən sonra xasiyyətində yaranan dəyişiklikdən danışıb:
"İndi bütün rəylərə gülürəm. Onlarla birlikdə özümü tənqid edirəm, gülürəm. Çünki bu sənətdə sırtıldım".