Bu şərabların reklamı qadağan edilir

04.02.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şərabçılıq məhsullarının reklamı ilə bağlı qaydalara dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Üzümçülük və şərabçılıq haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda şərabçılıq məhsullarının reklamı yerləşdirilə bilməz.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью