Bu şərabların reklamı qadağan edilir

22.04.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şərabçılıq məhsullarının reklamı ilə bağlı yeni qadağa müəyyən olunur.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, rəqəmsal platforma təsisçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью