Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərini Rusiyadan neft almamağa çağırıb.
Bəs, Avropa ölkələrinin Rusiyadan neft idxalını dayandırması Azərbaycanın enerji siyasətinə necə təsir göstərə bilər?
Bu vəziyyət Azərbaycanın neft ixrac strategiyasını dəyişdirməsinə səbəb ola bilərmi?
Mövzunu KONKRET.az-a politoloq Züriyə Qarayeva şərh edib: “Donald Trampın avropalı müttəfiqləri Rusiyadan neft almamağa çağırması enerji bazarında strateji dəyişikliklərə yol aça bilər.
Bu vəziyyət Azərbaycanın enerji siyasətinə də təsirsiz ötüşməz.
Əgər Avropa ölkələri Rusiyadan neft idxalını azaldarsa, alternativ mənbələrə tələbat artacaq və Azərbaycan üçün yeni imkanlar yarana bilər.
Bakı uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır və BTC boru kəməri ilə yanaşı Cənub Qaz Dəhlizi bu rolu möhkəmləndirir.