Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Dövlət İmtahan Mərkəzi bu növ suallara həmişə eyni qəbildən cavablar verir.
Deyir ki, "biz əvvəl nə soruşacağımız gözlənilirdisə, onu soruşmuşuq. Proqramdan kənar hər hansı bir şey soruşmamışıq".
Əgər ümumi nəticə zəif olarsa, burada artıq suallar yaranır. Belə hallarda etirazlar edilməlidir".
Bu fikirləri təhsilin idarə olunması üzrə mütəxəssis Qoşar Məhərrəmov Redaktor.az-a açıqlamasında ötən həftə keçirilən magistraturaya qəbul imtahanı ilə bağlı narazılıqları şərh edərkən dedi.
Onun sözlərinə görə, sualların asan və çətinliyi tələbəyə görə dəyişir: "Amma bütün tələbə üçün vəziyyət eyni olarsa, yəni ümumi statistika tələbələrin zəif nəticəsini bir mənada şərtləndiribsə, o zaman etirazlar olmalıdır.
Tələbələr tərəfindən kütləvi elektron poçtlar yazılmalıdır və buna qarşı bir heyət əmələ gəlib komissiya olaraq baxmalıdır ki, dövlətin çətin, orta, asan dərəcəsi hansı formadadır.
Dünyanın hər bir tərəfində əgər tədrisin dili ingilis dilindədirsə, həmin dili bilirmi deyə bir imtahan keçirilir.