Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gənc və zövqlü ifası ilə seçilən Jamal Gasımov Milli Sevgililər Günündə yeni işini təqdim edib.
Axşam.az xəbər verir ki, “Danış” adlı yeni layihə sadəcə klip deyil, bir məhəllənin, sevginin və bir-birindən rəngarəng obrazların hekayəsidir.
Mahnı ilə yanaşı təqdim olunan klip güclü aktyor heyəti və kino üslubunda qurulan süjeti ilə diqqət çəkib.
Klipdə Azərbaycanın tanınmış simaları - Əməkdar artistlər Elza Seyidcahan, Bəhram Bağırzadə, aktyor Nicat Rəhimov, müğənnilər Dilarə Kazımova, İlqarə Kazımova, Mehin Hümbətova, Emin və Emil Nəsirov qardaşları fərqli obrazlarda çıxış ediblər.
Mahnının sözləri Hilal Rzayevə, musiqisi isə Jamal Gasımov və Mila Milesə məxsusdur. Layihənin rəhbəri Fərid Dadaşov, icraçı prodüserləri Fərid İsmayılov və Aysel Mehrəliyeva, rejissoru isə Delee Orucludur.
Milli Sevgililər Gününə özəl təqdim olunan “Danış” artıq bütün musiqi platformalarında izləyicilərin ixtiyarına verilib.