Bu sevgi şadlıq mərasimi ilə yox, matəm əxlaqı ilə özünü büruzə verir | Icma.az
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Hazırda Məhərrəm ayıdır.
Bu məqsədlə ölkəmizdə bütün toy-düyünlər, məclislər təxirə salınıb. Məhərrəm ayı ilə bağlı çox sayda rəvayətlər dolaşıb.
Bəziləri deyir ki, bu ayda toy edənlərin xoşbəxtliyi 99% sual altındadır, evlənənlərin əksəriyyəti xoşbəxt olmur.
Bundan əlavə, doğulan uşaqların sağlamlığının da sual altında olduğu bildirilir.
Tanınmış din xadimi, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay da mətbuata açıqlamasında bildirib ki, Məhərrəm ayında toy etmək icazəli deyil: "Bu şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir.
Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib.
XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir".
Məhərrəmlik ayı olsa da, sosial şəbəkələrdə paytaxda və bölgələrimizdə toy edənlərin olduğuna şahidlik edirik.
Tam oxu
Xəbəri oxu