Bu şəxs Applea rəhbərlik edəcək

17.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Texnologiya nəhəngi "Apple"da idarəetmə dəyişikliyi gündəmdədir.

Bakıvaxtı.az xəbər verir ki, ABŞ mətbuatının yazdığına görə, şirkətin baş direktoru Tim Kuk gələn ilin əvvəlində vəzifəsini tərk edə bilər.

"Financial Times"ın məlumatına görə, idarə heyəti və yüksək səviyyəli rəhbərlər mümkün keçidə hazırlaşır.

Bildirilib ki, Kukun getməsi halında baş direktor vəzifəsinə əsas namizəd  şirkətin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternusdur.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью