Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılan araşdırmalar zamanı ötən il 6 897 halda əmək qanunvericiliyinin tələblərinin pozulması aşkarlanıb.
Axar.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Xidmət rəisinin sözlərinə görə, tələblərin pozulmasının aşkarlanmasından sonra fiziki, vəzifəli və hüquqi şəxslər barəsində 10 622 550 AZN məbləğində inzibati cərimə tətbiq edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.