Bu şəxslər 65 yaşdan sonra da işləyə bilər

09.12.2024

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.

Manset.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.

Xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 faizindən artıq olmamalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью