Bu şəxslər də diplomatik pasport əldə edə biləcək

13.06.2025

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasport əldə edə biləcək.

"Unikal" xəbər verir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью