Bu şəxslər dərmanları pulsuz alacaq Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və…
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir. Apteklər icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
Bu, Milli Məclisdə müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Bəs yeni qanun vətəndaşlara nə verəcək?
AZXEBER.COM "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
Vətəndaşların büdcələrinə də təsir edəcək Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti həkim-farmakoloq Aydın Əliyevin fikrincə, bu qərar vətəndaşlarımızın həm sağlamlığı, həm də sosial problemlərinin həlli baxımından əhəmiyyətli olacaq: "Qərar icbari tibbi sığorta sisteminə qoşulan apteklərin özü üçün də müsbət addım kimi qiymətləndirilməlidir.
Dərmanların keyfiyyəti, saxlanması və qiymət məsələlərində həm apteklər, həmçinin vətəndaşlar üçün xeyirli olacaq.
Dərman vasitələrinin əhali üçün daha əlçatan olacağını düşünürəm.
Qiymət fərqlərini də nəzərə alsaq, bu, vətəndaşların büdcələrinə də təsir edəcək".
Tam oxu
Xəbəri oxu