Bu şəxslər əlavə 300 manat alacaq | Icma.az
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı açıqlanıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.
Milli.Az bildirir ki, Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
Deputat qeyd edib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər: "Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin.
Bu da təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır.
Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur.
Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn 300 manat almaq imkanı qazanacaq.
Tam oxu
Xəbəri oxu