Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Özbəkistanda bəzi vətəndaşların erkən təqaüdə çıxması üçün yeni onlayn xidmət istifadəyə verilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, artıq müvafiq ərizəni rəsmiləşdirmək üçün my.gov.uz portalı vasitəsilə pulsuz ərizə təqdim etmək olacaq.
Xidmət müəssisənin və ya fərdi sahibkarın fəaliyyətinin dayandırılması, eləcə də işçilərin və ya işçi heyətinin sayının azalması səbəbindən işdən çıxarılan vətəndaşlar üçün nəzərdə tutulub.
Belə ki, ən azı 25 illik iş təcrübəsi olan 58 yaşından yuxarı kişilər və ən azı 20 illik iş təcrübəsi olan 53 yaşından yuxarı qadınlar erkən təqaüdə çıxa bilər. Lakin bunun üçün vətəndaş müəyyən edilmiş qaydada işsiz kimi tanınmalıdır.
Sənədlər ərizə təqdim etdikdən sonra iki iş günü ərzində yoxlanılır. İş axtaran kimi qeydiyyatdan keçmiş vətəndaş 10 gün ərzində məşğulluq şöbəsinə getməli və uyğun iş təklifi almalıdır. Əmək müqaviləsinin ləğv edildiyi tarixdən üç ay ərzində uyğun iş tapılmazsa, vətəndaş işsiz kimi tanınır.
Bundan sonra erkən təqaüdə çıxmaq üçün ərizə tərtib edilir və elektron formada Pensiya Fonduna göndərilir.
Süleyman