Bu şəxslər həlledici səs hüququ üzvlüyünə qəbul edildi

30.05.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

58 saylı Xaçmaz kənd seçki dairəsinin dairə seçki komissiyasının həlledici səs hüququ üzvlüyünə Yetkin Cavan oğlunun namizədliyi təqdim olunub. 

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən komissiya iclasında bildirib. 

Sözügedən namizəd 58 saylı Xaçmaz kənd seçki dairəsinin həlledici səs üzvlüyünə qəbul olunub. 

62 saylı Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasının həlledici səs hüququ üzvlüyünə Şirvan Mövsüm oğlunun namizədliyi təqdim olunub. 

“Şirvan Mövsüm oğlu 62 saylı Kürdəmir seçki dairəsinin dairə seçki komissiyasının həlledici səs hüququ üzvlüyünə qəbul olunub”, -deyə sədr müavini bildirib. 

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью