Bu şəxslər hərbi xidmətə çağırılmayacaq RƏSMİ

09.04.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslər hərbi xidmətə çağırılır. Lakin doktarantura təhsili alanların əsgər gedib-getməyəcəyi sualı cəmiyyətdə maraq doğurur.

Bəs doktorantlar hərbi xidmətə çağırılacaq?

Mövzu ilə bağlı Metbuat.az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, doktorantlar alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlar.

"Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər", - deyə o əlavə edib.

Ülkər Abdurahmanlı / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью