Bu şəxslər hərbihəkim komissiyasının müayinəsinə göndərilməyəcəklər

10.12.2024

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Xidməti uyğunsuzluğa görə buraxılmaya təqdim olunanlar hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcəklər.

Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılmaya təqdim olunanların da hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nicat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью