Bu şəxslər metapnevmavirusu daha ağır keçirir XƏBƏRDARLIQ | Icma.az
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnsan metapnevmavirusu (hMPV) əsasən, öskürmə və ya asqırma zamanı hava damcıları vasitəsilə, yoluxmuş şəxslə birbaşa təmas yolu ilə və ya çirklənmiş səthlərə toxunmaqla yayılır.
Lent.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisindən bildirilib.
“Əksər hallarda simptomlar yüngül olur və adi soyuqdəyməyə bənzər şəkildə müşahidə edilir.
Bununla yanaşı, gənc uşaqlar, immun sistemi zəif şəxslər və yaşlı insanlar üçün xüsusilə, astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (XOAX) və ya emfizema kimi mövcud ağciyər xəstəlikləri olan şəxslər daha ağır nəticələr riski ilə üzləşə bilər”, - məlumatda deyilir./APA Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu