Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər

13.05.2025

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu yaşa görə tez pensiyaya çıxmaq hüququ ilə bağlıdır.

Sual: kimlər yaşa görə pensiyaya tez çıxa bilər?

Oxu24.com xəbər verir  ki,bununla bağlı Qanunda konkret göstərişlər var.Belə ki, ağır və zərərli  işlərdə azı 12 il 6 ay işləyən kişilər,və azı 10 il işləyən qadınlar üçün pensiya yaşı 5 il azaldılır.

Həmçinin 5 və daha çox uşaq dünyaya gətirib,onu 8 yaşınadək tərbiyə edən və ya əlilliyi olan uşağını 8 yaşınadək böyüdən analara da  eyni güzəşt təbiq edilir.

Bundan əlavə 25 il xidmət edən hərbi qulluqçular,35 il işləyən prokurorluq əməkdaşları və bir sıra xüsusi rütbəli dövlət qulluqçuları da yaşa görə pensiyaya tez çıxmaq hüququna malikdirlər.

Həmçinin liliputlar və cırtdanboy şəxslərin 5 il sığorta stajı olduqda pensiyaya 20 il tez çıxa bilərlər.

Qeyd edək ki, bütün bunlar  “Əmək pensiyaları haqqında” qanunda əksini tapıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью